Devid və Viktoriya Bekhemin oğlu Romeo Bekhem qarşıdan gələn Fransız filmi «Qırx sevgi»də ilk dəfə böyük ekranlarda görünəcək.
OLAY yazır ki, filmin rəsmi treyleri artıq yayımlanıb.
24 yaşlı model və keçmiş futbolçu ekran əsərində aktyor Paul Kirçerlə birlikdə rol alacaq. Filmdə onlar arasında romantik münasibət yaranan rəqib tennisçiləri canlandıracaqlar.
Romeo Bekhemin bu layihə ilə aktyorluğa ilk addımını atması onun karyerasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.