Türkiyənin məşhur aktyoru Mehmet Günsür qızı Cloe ilə kamera qarşısına keçib.

OLAY yazır ki, İtaliyada bir serialda rol alan ata-qız rekord qırıb.

“Rai-1” kanalında yayımlanan serialın ilk bölümü 5 milyon şəxs tərəfindən izlənilib.

Eyni gün yayımlanan “İnter Milan-Roma” futbol oyununu geridə qoyan serial izləyicilərin 22,4 faizinə çatıb.

Mehmet “Lea” ( Yeni bir gün) adlı ekran işində bir musiqiçini canlandırır.  Onun istəmədən bir qız övladı dünyaya gəlir və uşağın anası onları tərk edir. Hekayə də bundan sonra başlayır. 

Qızı ilə rol aldığı serialı 5 milyon izlədi Qızı ilə rol aldığı serialı 5 milyon izlədi