Aktyor Kianu Rivz “Netflix”in “Maelstrom” adlı döyüş filmində baş rolu canlandıracaq.
OLAY yazır ki, aktyor bu layihədə iştirakdan imtina edən Alan Riçsonu əvəzləyəcək.
Qarşıdan gələn filmin rejissoru “Carry-On”, “Non-Stop” və “The Shallows” kimi ekran əsərləri ilə tanınan Jaume Kollet-Serra olacaq.
“Reacher” serialında da rol alan Alan Riçsonun layihədən hansı səbəbdən ayrıldığı isə açıqlanmayıb.