“Dune: Part Three” filminin yayımlanan yeni treyleri tamaşaçılara “Pol Atreides” və “Çani”nin əkiz övladları — “II Leto” və “Qanima” ilə ilk tanışlıq imkanı yaradıb.
OLAY yazır ki, filmdə əkizləri Nakoa-Wolf Momoa və Ida Brooke canlandırır. Maraqlı məqamlardan biri isə Nakoa-Wolf Momoanın məşhur aktyor Ceyson Momoanın oğlu olmasıdır.
Çəkiliş meydançasından yayılan görüntülərdə gənc aktyorların ekran valideynləri Timoti Şalame və Zendaya ilə səmimi münasibətləri də diqqət çəkib.