“Searchlight Pictures” kinoşirkəti əfsanəvi və qalmaqallı “Playboy” malikanəsinin pərdəarxası dramından bəhs edən “Playmates” bədii filminin çəkilişlərinə başlayıb.

OLAY yazır ki, ekran işi Xyu Xefner imperiyasının qızıl dövrünə orada böyüyən 13 yaşlı bir qızın gözü ilə işıq salacaq. Filmdə baş rolları Bill Pullman (Xyu Xefner) və Lili-Rouz Depp (model Anna) canlandırırlar. Ekran işinin rejissoru isə malikanənin daimi qonaqlarından olmuş Cek Nikolsonun qızı Lorran Nikolsondur.

Filmin mərkəzində dayanan “Playboy” malikanəsi Los-Ancelesin Holmbi-Hillz rayonunda yerləşən, onilliklər boyu Hollivud elitasının ən çılğın gecələrinə ev sahibliyi məkandır. 2016-cı ildə 100 milyon dollara milyarder Daren Metropulosa satılan və sökülməsi qanunla qadağan edilən mülk, hazırda 10 milyon dollarlıq genişmiqyaslı bərpa prosesindən sonra tarixi abidə kimi qorunur.

“Playboy” malikanəsi haqda film çəkilir! “Playboy” malikanəsi haqda film çəkilir! “Playboy” malikanəsi haqda film çəkilir!