Aktrisa Pınar Deniz yenə iddialı bir serialla əsas axına qayıdır.
OLAY yazır ki, aktrisa 2 il əvvəl ilk olaraq ona təklif edilən, lakin körpə gözlədiyi üçün qəbul edə bilmədiyi “Şapkacı Kadınlar” serialında rol almağa razılaşıb.
Necati Şahinin yazdığı serial İzmirin şanlı Qurtuluş mübarizəsi illərində cərəyan edir. Ekran əsəri “Ayşe” adlı kəndli qadının şapka inqilabı ilə birlikdə taleyini yenidən yazması və stil ikonuna çevrilməsindən bəhs edir.