Narkotik istintaqı çərçivəsində saxlanılıb, sərbəst buraxılan aktyor Oktay Kaynarcanın test nəticəsi açıqlanıb.

OLAY yazır ki, sənətçinin saç və qan nümunələrində narkotik maddəyə rast gəlinmədiyi, test nəticəsinin mənfi olduğu bildirilib.

Narkotik testinin mənfi çıxacağından bir an belə şübhə etmədiyini deyən Oktay Kaynarca bu prosesdə və nəticəsində yaşadıqlarını belə ifadə edib:

“Ömrüm boyu böyüklərimdən miras qalan, onlardan öyrəndiyim düsturla yaşamağa çalışdım. Ləyaqət, şərəf, namus, vicdan, mərhəmət həyat yolumun dəyişməz anlayışları oldu. Son dövrdə hamının şahidi olduğu bu xoşagəlməz ittiham bu hesabatla təmizləndi və verdiyim “narahat olmayın, alnım açıq, başım dikdir” sözümü də sübut etmiş oldum. “Hər şərdə bir xeyir var” məsələnin sübutu isə ilk gündən etibarən qeyd-şərtsiz yaxınlarım xaricində, ölkə daxilindən və xaricindən milyonlarla dəstəyin gəlməsi oldu. Bu, mənim üçün çox şərəfverici, həyatımın qalan hissəsi üçün isə çox böyük bir motivasiya oldu. Ömrüm boyu insan toplamış olmağın mükafatını bir dəfə də almış oldum. Mənə bu qüruru yaşadan milyonlarla vicdanlı insana sahib olmaq mənim üçün ən böyük mükafatdır. Hər birinizə tək-tək təşəkkür etməyi özümə borc bilirəm, haqqınızı halal edin. Heç kimin şübhəsi olmasın ki, dövlətin həyata keçirdiyi narkotik əməliyyatlarına olan dəstəyim sonuna qədər davam edəcək. Sevgi və hörmətlə…”.