“Harri Potter” rolu ilə dünya şöhrəti qazanan Daniel Redkliff gözlənilmədən bu kainata geri qayıda bilər.
OLAY yazır ki, aktyor C.K. Roulinqin kitabları əsasında çəkiləcək yeni serialda mümkün iştirakı ilə bağlı “HBO” ilə danışıqlar aparır.
Nəşrin mənbələrinin iddiasına görə, Radkliff “Harri Potterin” əsas düşməni olan “Voldemort” obrazını canlandıra bilər. Bildirilir ki, danışıqlar artıq son mərhələdədir. Lakin “HBO” hələlik mümkün kastinq barədə məlumatı rəsmi şəkildə təsdiqləməyib.