“The Comeback Trail” filmində rol almış aktyor Patrik Maldun 19 aprel tarixində 57 yaşında qəfil vəfat edib. Aktyorun ölüm səbəbi ürək tutması olub.

OLAY yazır ki, məşhur aktyor bazar günü qəhvə içdikdən sonra duş almağa gedib. Patrikin bacısı onun uzun müddət geri qayıtmamasından narahat olaraq yoxlamağa gedib. Bacısı Şana Maldun-Zappanın sözlərinə görə, Patrik hamamın döşəməsində huşsuz vəziyyətdə tapılıb.

Patrik Maldunun yaxınları bu vaxtsız itkidən dərin sarsıntı keçiriblər. Ailə və dost çevrəsində aktyoru “Bobo” deyə çağırırdılar.

Qeyd edək ki, Patrik Maldun 27 sentyabr 1968-ci ildə Los Anceles şəhərində anadan olub. 1991-ci ildə aktyor «Saved by the Bell» serialında daimi rol alıb. O, həmçinin «Days of Our Lives» serialında Ostin Rid, «Melrose Place» serialında isə Riçard Hart obrazlarını canlandırıb.

Məşhur aktyor ölü tapıldı Məşhur aktyor ölü tapıldı