Avstraliyalı aktyor Martin Qrelis 58 yaşında vəfat edib.
OLAY yazır ki, bu barədə Mirror aktyorun təmsil olunduğu “Sophie Jermyn Management” agentliyinə istinadən məlumat yayıb. Agentlik açıqlamasında bildirib:
“Əziz müştərimizin vəfatı xəbəri bizi dərin kədərləndirdi. Martin olduğu hər yeri işıqlandıran parlaq bir şəxsiyyət idi — istedadlı aktyor, xeyirxah insan və möhtəşəm ruh”.
Aktyor “Matrix” filmində hərbi helikopter pilotu kimi kiçik rollar oynayıb.