Türk istehsal “Kızılcık Şerbeti” serialının prodüseri Faruk Turgut son günlər  yayılan iddialara cavab verib.

OLAY yazır ki, Turgut açıqlamasında “Bəzi sosial media platformalarında serialımızın bitdiyi barədə xəbərlər davamlı olaraq gündəmə gətirilir. Bu xəbərlər doğru deyil. 5-ci mövsümün çəkilişləri avqustun 25-də başlayır. Sentyabrın 18-də ekranlarda olacağıq. Görüşənədək” deyə bildirib.

Beləliklə, prodüser serialın final edəcəyi ilə bağlı iddiaları təkzib edib.

“Kızılcık Şerbeti” final edir?