Marmarisə birlikdə tətilə getdiyi iddia edilən aktyor Çağatay Ulusoy və həmkarı Ece Sükan son olaraq birlikdə ötən ay məclisdə görüntüləniblər.

OLAY yazır ki, münasibətlərini təkzib edən, eyni zamanda tez-tez bir araya gələn Ulusoyla Sükanın gizli sevgisi sona çatıb.

Birlikdə rol aldıqları serialdan sonra yaxınlaşan cütlüyün ayrıldığı iddia edilib.

Bir müddətdir görüşməyən və ayrı-ayrı tətillərini davam etdirən Ece Sükan və Çağatay Ulusoy sosial şəbəkədə bir-birlərini izləmədən çıxararaq ayrılıq iddialarını gücləndiriblər.