“Yaprak dökümü” serialının baş rol aktyoru Halil Ergün maraqlı açıqlamalar verib.

OLAY yazır ki, Evrim Akının təqdimatında “Ev gezmesi” verilişində qonaq olan aktyor “Hansı tərəf müqabiliniz ilə aranız yaxşı idi” sualını bu sözlərlə cavablandırıb:

“Güven Hokna ilə aramız yaxşı idi. Bennu Yıldırımlar mənim ən yaxınımdır. Deniz Çakır ilə teatr vaxtlarından tanışıq. Bir-birimizi görəndə salamlaşırıq. Serial vaxtı ən yaxınım o idi, serial bitdikdən sonra da ən çox onunla görüşürdük. Daha sonra xətrimə dəyən şeylər oldu. Evlənib o da, xoşbəxt olsun. Bennu Yıldırımlar ilə hələ də görüşürük, telefonda danışırıq. O mənim canımdır”.