Gənc aktyor Ramazan Tetik vəfat edib.

OLAY yazır ki, xəstəxanada müalicə alan və həmkarlarının sosial mediada qan donoru üçün çağırışı etdiyi Tetik 37 yaşında həyatını itirib.

Ramazan Tetik Kanal D-nin reytinq rekordları qıran “Eşref Rüya” serialının aktyorlarından biri olub.

“Eşref Rüya” serialında rol alan tanınmış aktrisa Ceren Benderlioğlu həmkarının acı xəbərini instaqram hesabında paylaşıb.

Qeyd edək ki, 37 yaşında vəfat edən Ramazan Tetik aorta damarının yırtılması nəticəsində reanimasiyaya yerləşdirilmişdi.

“Eşref Rüya”nın aktyoru vəfat etdi