Türk aktrisa Elçin Sangu yeni “Cevher” serialı ilə ekranlara qayıdır.

OLAY yazır ki, dörd illik fasilədən sonra ekranlara qayıtmağa hazırlaşan aktrisa Elçin Sangu “Cevher” serialında baş rolda çıxış edəcək. Aktrisa layihədə qeyri-adi zəkası və rəngarəng şəxsiyyəti ilə seçilən “Cevher” obrazını canlandıracaq.

Serialın digər baş rolunu Ertan Saban ifa edəcək. Aktyor layihədə intizamlı komissar “Mert Kara” obrazına həyat verəcək.

Dünya miqyasında böyük maraqla qarşılanan Fransız istehsalı “High Intellectual Potential” serialının Türkiyə adaptasiyası olan “Cevher” “Show TV”də yayımlanacaq. Ekran əsəri fərqli dünyaların kəsişdiyi, sürükleyici hadisələrlə zəngin bir hekayəni tamaşaçılara təqdim edəcək.

Elçin Sangu bu serialla qayıdır Elçin Sangu bu serialla qayıdır