Türk istehsalı “Tuzlu Kahve” serialına əfsanəvi boksçu Mayk Tayson gəlir.
OLAY yazır ki, “Tuzlu Kahve” serialının prodüseri Polat Yağcı çempionlar liqasını xatırladan aktyor heyətindən sonra qonaq aktyor seçimində də sərhəd tanımır. Atdığı addımlarla təəccübləndirən Yağcı bu dəfə də dünyaca məşhur bir adı seriala gətirir.
Məlumatlara görə Tayson “Tuzlu Kahve” serialında Buğra Gülsoyun canlandırdığı “Mehmet”in Amerikadan gələn dostunu canlandıracaq.