Hazal Subaşı ilə Kaan Yıldırımı bir araya gətirən “Kayıp Zaman” serialının hazırlıqları davam edir.
OLAY yazır ki, Deniz Yorulmazerin rejissorluq edəcəyi serial “Bir qalmaqalın kölgəsində, keçmişdən gələn günahın intiqamı” şüarı ilə çəkiləcək. Levent Cantekin qələmə aldığı layihənin heyətinə yeni bir ad qatılıb.
Damla Sönmez serialda əsas obrazlardan biri olan “Belgin”ə həyat verəcək. Kaan Yıldırımın canlandırdığı Pamir ilə evli olan Zeynonun (Hazal Subaşı) ən yaxın rəfiqəsi və iş ortağı olan Belginin hekayəsi serialın ən gərgin səhnələri arasında yer alacaq.