“Çarpıntı” serialı bu həftə final edəcək.
OLAY yazır ki, reytinqlərin az olması səbəbi ilə son dəfə seriala şans verilmiş, ekrana gələn axırıncı seriyada da reytinq az olarsa final olacağı bildirilmişdi.
Dünən yayımlanan yeni bölüm ümumi reytinqdə 10-cu, “AB” kateqoriyasında 17-ci, “ABC1” kateqoriyasında isə 11-ci olub və final qərarı təsdiqlənib.
Xatırladaq ki, serialın baş rollarını aktyor Kerem Bürsin və gənc aktrisa Lizge Cömert canlandırır.