Məşhur türk aktrisa Burcu Biricik uzun müddətdən sonra yenidən çəkiliş meydançasına qayıdır.

OLAY yazır ki, artıq ilk məşqləri keçirilən Emin Alperin yeni serialı “İnsanlar”, güclü aktyor heyəti və diqqətçəkən mövzusu ilə seçilir.

Törədilən bir cinayət və ardınca baş verən hadisələr təsirli və sarsıdıcı bir dillə təqdim olunacaq. “İnsanlar” serialında əsas rolları Burcu Biricik, Alican Yücesoy, Özgürcan Çevik, Serra Arıtürk, Musab Ekici, Ümit Beste Kargın, Cansu Diktaş və İpek Bilgin paylaşacaqlar. Burcu Biricik və Alican Yücesoy serialda ər-arvad obrazını canlandıracaqlar.

Burcu Biricik yeni layihədə!