Şənbə günü Adanada çəkilişlərinə başlanması planlaşdırılan türk istehsalı “Güneşin Doğduğu Yer” serialının çəkilişləri təxirə salınıb.
OLAY yazır ki, bu dəyişikliyin səbəbi baş rol aktyoru Uğur Güneşin serialdan ayrılması olub. Ardınca isə serialın yeni baş rolunun Burak Özçivit olacağı iddiaları gündəmə gəlib.
Məlumata görə, Burak Özçivit serialın ssenarisini çox bəyəndiyini və layihədə yer almaq istədiyini bildirib. Bundan sonra aktyor dəyişikliyi edildiyi iddia olunur. Əvvəlcə tərəflərin şərtlər üzrə razılığa gələ bilmədiyi deyilən Uğur Güneşin paylaşımı isə bu iddiaları daha da gücləndirib:
“Hər yerə asılmalı olan bir söz: Məğlub edilmiş bir qul haqqını nə Məkkə təmizləyər, nə də təkkə.”