“Stranger Things” pərəstişkarlarını yeni macəra gözləyir.
OLAY yazır ki, “Netflix” məşhur serialın kainatında cərəyan edəcək “Other Worlds: A Stranger Things Adventure” adlı yeni prequel layihəsinin ilk tizerini təqdim edib.
Canlı çəkiliş formatında hazırlanacaq serialın 2028-ci ildə yayımlanması planlaşdırılır. “Netflix” layihəni “Hawkinsdən əvvəl Marion var idi” sözləri ilə anons edib.
“Other Worlds” serialının hadisələri 1955-ci ildə ABŞ-ın Nevada ştatındakı Marion şəhərində baş verəcək. Süjet orijinal “Stranger Things” serialındakı hadisələrdən, eləcə də “Stranger Things: The First Shadow” səhnə tamaşasından onilliklər əvvəli əhatə edəcək.