Məşhur ispaniyalı aktyor Antonio Banderas və onun keçmiş həyat yoldaşı Melani Qriffit Los-Ancelesdə şam yeməyində görüntüləniblər.
OLAY yazır ki, onlar məkanı tərk edərkən qol-qola görünüb. Keçmiş cütlük ayrıldıqdan 12 il sonra da dostluq münasibətlərini qoruyub saxlayıb. Onlara 29 yaşlı qızları Stella Banderas da qoşulub.
65 yaşlı aktyor qara şalvar və gümüşü rəngli gödəkçə geyinib. 68 yaşlı aktrisa isə düz kəsimli mavi cins şalvar və “moto” üslubunda qara gödəkçə seçib, obrazını barmaqsız qara əlcəklərlə tamamlayıb.
Qeyd edək ki, cütlük 1996-cı ilin may ayında evlənib və elə həmin ilin sentyabrında qızları dünyaya gəlib. 2015-ci ilin dekabrında Banderas və Griffitin boşanması rəsmi olaraq tamamlanıb.