Türk kinosuna “Hababam Sınıfı”, “Mavi Boncuk”, “Neşeli Günler”, “Gülen Gözler”, “Aile Şerefi” və “Bizim Aile” kimi sevilərək izlənilən çoxsaylı filmlər qazandıran “Arzu Film” unudulmaz ailə klassikası “Bizim Aile”ni televiziya serialı olaraq ekranlara gətirmək qərarına gəlib.


OLAY yazır ki, aradan 50 il keçməsinə baxmayaraq, öz doğmalığını və tamaşaçıların həyatındakı xüsusi yerini qoruyan film indi yeni hekayələr və yeni personajlarla televiziya ekranlarına daşınacaq.

Serialın hazırlıq işlərinə başlanılıb. Layihənin ssenarisi, rejissoru, yayımlanacağı kanal və aktyor heyəti ilə bağlı təfərrüatların qarşıdakı günlərdə açıqlanacağı bildirilib.