Uzun müddətdir qaraciyər çatışmazlığı ilə mübarizə aparan türk aktyor Ufuk Özkan çəkiliş meydançasına qayıdır.
OLAY yazır ki, yaşadığı səhhət problemləri və keçirdiyi əməliyyat səbəbilə bir müddətdir ekranlardan uzaq qalan Özkan yeni layihəsini pərəstişkarlarına açıqlayıb.
51 yaşlı məşhur aktyor Yeşilçamın əfsanəvi komediya filmlərindən biri olan “Hasip ile Nasip”in yeni nəsil ekranlaşdırmasında “Kaymakam” obrazını canlandırmağa hazırlaşır.