Müğənni Billi Ayliş qarşıdan gələn “Zəng” filminin çəkiliş meydançasında görüntülənib.
OLAY yazır ki, “Qremmi” mükafatlı 24 yaşlı müğənni Kanadanın Toronto şəhərində çəkiliş zamanı həmin dövrün üslubuna uyğun kostyumda görüntülənib.
Billi Ayliş Silviya Platın məşhur romanı əsasında çəkilən ekran işində “Ester Qrinvud” obrazını canlandıracaq. Bu film onun tammetrajlı kinoda debütü olacaq.