Türk aktyor Ozan Güven məşhur “Aşk-I Memnu” serialı ilə bağlı maraqlı bir etiraf edib.

OLAY yazır ki, Güven bildirib ki, “Behlül” rolu Kıvanç Tatlıtuğdan əvvəl ona təklif olunub.

“”Aşk-ı Memnu”dakı Behlül obrazı ilk olaraq mənə təklif edilmişdi. Həmin dövrdə ard-arda varlı personajları canlandırırdım. Yenə eyni tip bir obrazı oynamaq istəmədiyim üçün bu təklifi qəbul etmədim. Seçimimi “Canım Ailem” serialından yana etdim. Mən imtina etdikdən sonra rol Kıvanç Tatlıtuğa verildi. Sonradan isə “Behlül” obrazı televiziya tarixinin ən yaddaqalan rollarından birinə çevrildi” deyə aktyor bildirib.

““Behlül” rolu birinci mənə təklif edildi”