Gah küsüb, gah barışan - Türkiyənin məşhur cütlüyü Kubilay Aka və Hafsanur Sancaktutandan yeni xəbər var.
OLAY yazır ki, sənətçilər yeni sezonda “Mercan köşk” adlı layihədə baş rolları paylaşacaq.
Ekran işi növbəti sezon ATV-də yayıma başlayacaq. Məlumata görə, Hafsanur bu obraza 4 nəfər arasından seçilib. O, özü həmin personaj üçün seçimlərə qatılıb.
Qeyd edək ki, Kubilayla Hafsanur bir müddət öncə ayrılmışdı. Onlar Kubilay əsgərlikdən gəldikdən sonra yenidən münasibətlərinə davam etdilər.