Türk istehsalı “A.B.İ.” serialının 2-ci sezon çəkilişlərinin ayın sonunda başlaması planlaşdırılır.

OLAY yazır ki, serialın mövsüm finalından əvvəl “Çağla” obrazını canlandıran Afra Saraçoğlu komandadan ayrılıb və serialın yeni mövsümündə konseptin tamamilə dəyişəcəyinə dair siqnallar verilib.

“A.B.İ.” ilə bağlı ən çox maraq doğuran məsələ isə serialın yeni qadın ulduzunun kim olacağı idi. Kulislərdən sızan məlumatlara görə, bu rol üçün təklif aparılan ad Bergüzar Koreldir.

Məlumata görə, Korel təklifi nəzərdən keçirir və cavabını yaxın zamanda verəcək.