“American Pie” və “Scary Movie” filmlərindəki rolları ilə məşhurlaşan aktrisa Şennon Elizabet, pərəstişkarlarını təəccübləndirərək “OnlyFans” platformasında öz hesabını açdığını açıqlayıb.

OLAY yazır ki, bu addım onun üçün şəxsi və peşəkar azadlığın simvolu olub.

90-cı illərdə “Hollivud”un əsas seks-simvollarından biri hesab edilən 52 yaşlı aktrisa, karyerası boyu sənaye tərəfindən müəyyən edilən məhdudiyyətlərin olduğunu etiraf edib. İndi isə öz imici və məzmununu özü müəyyən etməyi planlaşdırır.
Elizabet yeni layihəsinin ona şəxsiyyətinin daha cəsur və açıq tərəfini göstərməyə imkan verəcəyini gizlətmir.

52 yaşlı ulduz “OnlyFans” açdı