"YouTube Music" platformasında mahnı sözləri funksiyası pulsuz istifadəçilər üçün məhdudlaşdırılıb.

OLAY News24.az-a istinadən yayır ki, yeni qaydaya əsasən, mahnı sözlərini tam şəkildə görmək üçün "YouTube Premium" və ya "Music Premium" abunəliyi tələb olunur.

Sistemin iş prinsipinə görə, pulsuz istifadəçilərə yalnız 5 mahnının sözlərinə baxmaq imkanı verilir. Bu limit dolduqdan sonra mahnı sözləri səhifəsində yalnız ilk sətirlər görünür, mətnin qalan hissəsi bulanıq formada təqdim edilir və sürüşdürmə deaktiv olunur.