Tim Kuk 15 illik rəhbərlikdən sonra ”Apple” şirkətinin baş direktoru vəzifəsini tərk edib.

OLAY yazır ki, korporasiyanın yeni rəhbəri Con Törnus olub.

65 yaşlı milyarder Tim Kuk sentyabrın 1-də “Apple”ın baş direktoru vəzifəsindən ayrılıb, lakin şirkətdə direktorlar şurasının icraçı sədri kimi fəaliyyətini davam etdirəcək. Korporasiyanın rəhbəri vəzifəsini isə 25 il ”Apple”da mühəndis kimi çalışmış 51 yaşlı Con Törnus tutub.

Kukun vəzifədən ayrılması münasibətilə şirkət vida videosu yayımlayıb.