Rusiyada teleqram messencerinin bloklanması məsələsi yenidən gündəmə gəlib.
OLAY yazır ki, bu barədə Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Sergey Boyarski “Vedomosti” nəşrinə müsahibəsində danışıb.
Deputatın sözlərinə görə, bütün əhəmiyyətli kanallar milli messencer olan “Max” platformasına köçürülənə qədər teleqramın bloklanması qeyri-mümkündür:
“Tamhüquqlu alternativ olmadan bloklama olmayacaq. Teleqrama girişin kəskin məhdudlaşdırılması həm auditoriyanın, həm də kontent yaradıcılarının maraqlarına zərbə vura bilər”.