İlon Mask və kanadalı müğənni Qrayms ikinci övladlarının adını dəyişdirib.

OLAY yazır ki, 35 yaşlı müğənni bildirib ki, qızlarının adı artıq “Why”dır (Niyə?), qısa olaraq isə onu Y kimi çağırırlar.

Öncəki adı Ekza Dark Saydril Mask olan uşaq artıq Y adlanacaq.

Qeyd edək ki, cütlüyün eyni zamanda 2 yaşında oğlu da var. Onlar ilk övladlarına X Æ A-Xii adını qoymuşdular. Oğullarını isə X (iks) deyə səsləyirlər.

Onu da bildirək ki, 8 uşaq atası olan Maskın Castayn Uilsonla evliyindən 19 yaşında Criffin və Xavier adlı əkizləri var. Xavier cinsiyyətini dəyişdirmə qərarı alaraq adını da Vivan Cenna Uilson olaraq dəyişdirib. Uilson-Mask sabiq cütlüyünün eyni zamanda 17 yaşında Demian, Sakson və Kay adlı üçəmləri də var.

İlonun Şivon Zilislə münasibətindən isə 2021-ci ildə əkizləri dünyaya gəlib.

Övladının adını dəyişdirib “Niyə?” etdi Övladının adını dəyişdirib “Niyə?” etdi