İnstaqram platforması “izlənilənlər” bölməsinin əvəzinə yalnız qarşılıqlı bir-birini izləyən hesabların göründüyü “dostlar” funksiyasını test edir.
OLAY yazır ki, yeni xüsusiyyət hələlik məhdud sayda istifadəçiyə təqdim olunub. Funksiyanın məqsədi istifadəçilərin qarşılıqlı əlaqədə olduqları hesabları daha rahat görməsini təmin etməkdir.
İnstaqramdan yeniliyin nə vaxt bütün istifadəçilər üçün aktiv ediləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib.