WOW
WOW

“Mir Şahin, siz kimsiniz ki, inancımıza lağ edəsiniz?”

“Mir Şahin, siz kimsiniz ki, inancımıza lağ edəsiniz?”

Real TV-nin rəhbəri Mir Şahin Ağayevin efirdə dini inancı olan şəxslərə lağ etməsi sosial şəbəkələrdə etirazla qarşılanıb.

OLAY yazır ki, bu barədə aktyor Kamran Ağabalayev də paylaşım edib. O, Mir Şahini savadsızlıqda günahlandırıb:

“Nə yalan deyim, Mən Mir Şahini savadlı, intelektual biri kimi tanıyıram, tanıyırdım. Nə İran aşiqiyəm, nə qeyri, ölkəmi sevirəm, azərbaycanlıyam və bununla fəxr edirəm. Amma...

Amma ki, cənab Mir Şahin, insanların dini inanclarına siz kimsiniz axı lağ edəsiniz? İranla probleminiz var? Probleminizlə maraqlanın, məşğul olun! Ay cənab, ay bəy, nə Hüseyn Təbrizdəndir, nə də Əbülfəz Qəzvindən. Dini inanclarımızın axı İrana nə dəxli? Sizə Allaha inamı, inancı, sevgini İran öyrədib? Mən anamdan öyrənmişəm Hüseyn sevgisini, anam nə İran bilirdi, nə Turan! Cahil qadın idi hə, amma xas adam idi, sevgisi xalis idi, çox şükür anamın oğluyam mən də! Ola bilər mən də cahiləm,amma siz kimsiniz ki,mənim Hüseyn sevgimə lağ edəsiniz? Yadımdan çıxmamış onu da deyim, dövlət dinimiz İnduizm deyil, buddizm heç deyil, İuadizmdir? Bəlkə dövlət dinimiz Mançjur şamanizmidir?! İslam, İslam, İslamdır dövlət dinimiz (tolerantlığı qoyuram qırağa, and içdikləri “Quran”dırsa) Hüseynin sütünlarından biri olan İslam! Anlaya bilmirəm dövlətçiliyə qarşısınız və ya nə? Daha sərt yaza bilərdim, seyyidsiniz amma, anam kim olur olsun, “Seyyidlərə hörmət vacibdir”i aşılayıb mənə, cahil olsa da! Hörmətlər”.