Yayımlandığı 5 həftə boyunca reytinqini davamlı olaraq artıran “Yalı çapkını” serialının uğuru Türkiyə sərhədlərini aşıb.
OLAY yazır ki, ekran işi 30 oktyabrdan etibarən, BƏƏ-nin məşhur kanalı MBC4-də və “Shahid” platformasında yayımlanacaq.
Qeyd edək ki, serialda baş rolları Afra Saraçoğlu, Mert Ramazan Demir və Çetin Tekindor canlandırır.
Türkiyənin “Star” televiziyasında yayımlanan layihə real həyatdan götürülüb. Belə ki, serialın hekayəsi məşhur psixoloq Gülseren Budayıcıoğlunun xəstələrindən birinə aiddir.