Britaniya Dəb Şurası (BFC) dekabrın 5-də Londonda təqdim olunacaq “The Fashion Awards” mükafatının namizədlərini açıqlayıb.
OLAY yazır ki, “İlin modeli” mükafatına Adut Akech, Bella Hadid, Lila Moss, Paloma Elzesser və Kuanna Chasinghorse iddialıdır. Bu ödül tək podiumda deyil, ondan kənarda da uğurlu olan şəxsə veriləcək.
“İlin dizayneri” kateqoriyasına “Prada”dan Miuccia Prada, “Balenciaga”dan Demna Qvasalia, “Valentino”dan Pierpaolo Piccioli, “Loewe”dən Conathan Anderson və J.W. Anderson, eləcə də “Bottega Veneta”dan olan Mathieu Blezi namizəddir.
Sənayedə kreativliyə və innovasiyaya təsir edən Müstəqil Britaniya Brendi ilə J.W. Anderson, Erdem Moralioğlu, Bianca Saunders, Molli Qoddard və Qreys Uales Bonner rəqabət aparacaq.