Müğənni Gülşenin məhkəməsi yekunlaşıb.
OLAY yazır ki, hakimin qərarına əsasən, ifaçı hər həftə polis bölməsinə gedib sənəd imzalamayacaq.
Lakin müğənninin ölkə xaricinə çıxış qadağası hələ də qüvvvədədir. Onun növbəti məhkəməsi isə 21 dekabrda baş tutacaq.
Qeyd edək ki, Gülşen İmam Hatip liseyi ilə bağlı zarafatına görə həbs olunmuş, daha sonra ev dustaqlığına buraxılmışdı.