WOW
WOW

Tatlısesdən qızına 500 minlik toy hədiyyəsi

Tatlısesdən qızına 500 minlik toy hədiyyəsi

Ötən gün İbrahim Tatlısesin ifaçı qızı Dilan Çıtak Tatlısesin toyu olub.

OLAY yazır ki, Dilan uzun zaman sevgili olduğu Levent Örderlə ailə qurub.

İbrahim toyda qızı üçün qızıl kəmər hədiyyə edib. Kəmərin qiymətinin isə 500 min lirə (təxmini 45 min manat) olduğu bildirilir.

Xatırladaq ki, Tatlıses oğlu İdonun toyunda da gəlini Yaseminə eyni kəmərdən hədiyyə etmişdi.