Məşhur “Google Chrome” axtarış sistemi “Atlas VPN” araşdırmasına görə, 2022-ci ilin ən etibarsız brauzeridir.
OLAY yazır ki, 2022-ci ildə “Google”da 3159 boşluq aşkar edilib. Mozilla Firefox-da bu rəqəmlər müvafiq olaraq 117 və 2361 olub. “Microsoft Edge” proqramında cari il üçün rəqəmlər 103-dür.
“Opera” ən təhlükəsiz brauzer olub və2022-ci il yanvarın 1-dən oktyabrın 5-dək onda heç bir boşluq aşkar edilməyib.
Eyni zamanda, Operanın 27 illik fəaliyyəti ərzində yalnız 344 boşluq müəyyənləşib.