“Netflix”in 22 iyulda təqdim edəcəyi “The Gray Man” (Boz adam – red.) filminin bəzi hissələri Bakıda çəkilib.
OLAY yazır ki, ekran işinin treylərində Alov qüllələri və Azərbaycan bayrağı da yer alıb.
Baş rollarında Rayan Qoslin və Kris Evansın çəkildiyi layihədə filmin personajlarından biri də azərbaycanlıdır.
Bu barədə Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin rəhbəri, rejissor Rüfət Həsənov sosial media hesabında məlumat verib.