WOW
WOW

Nərmin səhhəti ilə bağlı açıqlama yaydı

Nərmin səhhəti ilə bağlı açıqlama yaydı

Qardaşına donor olub qaraciyərinin bir hissəsini ona bağışlayan müğənni Nərmin Kərimbəyovanın vəziyyəti normallaşıb.

OLAY yazır ki, sənətçi bu barədə özü məlumat yayıb. Nərmin palatadan fotosunu paylaşaraq bu sözləri yazıb:

"Mənə görə narahat olanlar, yazanlar , zəng edənlər, dua edənlər... Bu sevgiyə görə çox sağ olun. Nigaran qalmayın. Artıq palatadayam. Hələ ki qan azlığı və ağrılarla mubarizə aparıram. Allah kərimdir. Görüşmək ümidi ilə".

Qeyd edək ki, Nərmin Hepatit B xəstəliyindən əziyyət çəkən qardaşı Kamran Kərimbəyova qaraciyərinin bir hissəsini verib.