Olay
Olay

Nərmin reanimasiyadan çıxıb

Nərmin reanimasiyadan çıxıb

Qardaşına donor olan Nərmin Kərimbəyova reanimasiyadan çıxarılıb.

OLAY yazır ki, bu barədə onun anası Dilarə Kərimbəyova “Elgizlə izlə” proqramına telefonla qoşularaq məlumat verib.

O bildirib ki, hər iki övladı da palatadadır.

Ağır əməliyyatdır, yavaş-yavaş düzəlirlər, 10 gündür əməliyyat olunublar.

Qeyd edək ki, Nərmin Hepatit B xəstəliyindən əziyyət çəkən qardaşı Kamran Kərimbəyova qaraciyərinin bir hissəsini verib.