İngiltərə Kraliçası İkinci Elizabetin hakimiyyətə gəlməsinin 70-cı ildönümüdür.
OLAY yazır ki, bu münasibətlə dünəndən etibarən Londonda bayram ab-havası yaradılıb.
Şəhərin küçələri bayraqlarla bəzədilib. Ötən gün Bukinqem Sarayında mərasim təşkil olunan mərasimə 400 əsgər, 400 musiqiçi və 200 at qatılıb. Bu pandemiya dövründən sonra İngiltərədə keçirilən ilk hərbi mərasim hesab olunur.
İyunun 3-də isə Kraliça üçün şükran günü elan olunacaq. Ayın 5-də İngiltərədə nahar yeməyi veriləcək və bir çox küçə partisi olacaq.