WOW
WOW

Kraliça Elizabetin Barbi kuklası hazırlandı

Kraliça Elizabetin Barbi kuklası hazırlandı

Məşhur oyuncaq Barbi-nin istehsal şirkəti “Mattel” 70 ildir Böyük Britaniya taxtında əyləşən Kraliça II Elizabetə gəlincik həsr edib.

OLAY yazır ki, Barbi bu gün, Elizabetin 96-cı doğum günündə təqdim olunub.

Yeni kukla məşhur və tarixi şəxsiyyətlərin yer aldığı “Barbie Respect” kolleksiyasının bir hissəsi kimi yaradılıb.

Oyuncaq Elizabetin kral medalları olan ağ libas və nənəsi Kraliça Maridən miras qalmış tacı taxan simvolik obrazının replikası kimi hazırlanıb.