WOW
WOW

Turanənin səhifəsi oğurlanıbmış...

Turanənin səhifəsi oğurlanıbmış...

Aparıcı Turanə Hüseynli evlənmə xəbərlərinə aydınlıq gətirib.

OLAY yazır ki, sənətçi bu barədə İnstaqramda açıqlama verib. O bildirib ki, səhifəsi ötən gecə oğurlanıb.

"Ötən gecədən etibarən səhifəm məndə deyildi, oğurlanmışdı. İndi qaytarmışıq. Bilmirəm bu evlənməklə bağlı paylaşımı kim edib, niyə edib? Hansı məqsədi var imiş? Mən o saatlarda yatmışdım, heç nədən xəbərim olmayıb".