Xalq artisti Murad Dadaşov bir neçə gün öncə vəfat edən dostu Cabir İmanovla bağlı açılama verib.
OLAY yazır ki, bu barədə o, “Xəzər xəbər”ə dsnışıb:
“Uşaqlıq dostum desəm yanılmaram. Biz Cabirlə eyni vaxtda başladıq: KVN, işə, televiziyaya. Hansı bağlılıq, yoxluq haqda deyim? Həyatdan çox pis zərbə aldım. Həyat ədalətsizdir? Bundan sonra məndə sual var... Nəinki təkrarolunmaz, əvəzolunmaz insanı itirdik. Bu, adamı lap sarsıdır. Cabir vətənpərvər, dostpərvər, insanpərvər biri idi. Onun 4 övladı üçün Cabiri heç kim əvəz edə bilməz. Biz hamımız birləşib bir Cabir olmağa çalışacağıq”.