Aparıcı-prodüser Tarix Əliyev qızı Milana ilə paylaşım edib.
OLAY yazır ki, Tolik övladının üzünü gizlətdiyi şəkilləri paylaşaraq bunları yazıb:
“Ayın 27-də Milananın 5 ayı tamam oldu. Amma düzünü deyim, heç qeyd etmədim, tort kəsdim. Çünki dostum Könülün qardaşı dünyasını dəyişib, ona görə həmin gün şəkil də paylaşmaq istəmədim. Yenə də düşündüm ki, bu şəkilləri bölüşüm. Axı dostluq həm də çətin günlərdə lazım olur. Dostluğa yalnız sözlə yox, əməl ilə də dəyər vermək gərəkdir. Allah mənim yaxşı dostlarımı qorusun, heç vaxt kədər görməsinlər, daim xoşbəxt olsunlar. Allah həm də onların balalarını qorusun. Bütün balaları qorusun”.