Model Günay Musayeva “Burning man” festivalına gedib.
OLAY yazır ki, bu barədə sənətçi özü məlumat yayıb.
Günay Blək Rok səhrasından fotolarını paylaşaraq bunları yazıb:
“Əvvəlcə getməyə o qədər də həvəsli deyildim, amma indi hər il burada olmaq istədiyimi bilirəm. “Burning Man” təkcə bir festival deyilmiş, əlaqə, dostluq və komanda ruhunun olduğu tamam başqa bir dünya imiş. Orada saf sevinc və sehr dolu anlar yaşadım, eyni zamanda göz yaşları ilə dolu məqamlar da oldu, bu təcrübənin bir hissəsidir. Yüksəkliklər və enişlər, gülüş və çöküşlər, hamısı birlikdə unudulmaz bir mozaika yaradır. İlk “Burn” təcrübəmə görə dərin minnətdarlıq hissi duyuram. Yeganə peşmanlığım daha əvvəl getməməyimdir”.