WOW
WOW

“Bilet tapılmır, “qara bazar”da isə bahadır”

“Bilet tapılmır, “qara bazar”da isə bahadır”

Aktrisa Sevinc Əliyeva “Qarabağ-Ferentsvaroş” matçına bilet tapa bilməməkdən şikayətlənib.

OLAY yazır ki, sənətçi bununla bağlı sosial media hesabında paylaşım edib.

“Deməli, sistemi bildim: futbola olan 5, 20, 50 manatlıq biletlər şəxslər tərəfindən alınıb və indi “qara bazar”da 3, 4 dəfə baha qiymətə satılır və bunu edənlər ölkədəki yaşayışdan narazı olan insanlardır”.

Qeyd edək ki, matç 27 avqust 2025-ci ildə Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Bu oyun yerli vaxtla saat 20:45də başlayacaq.